Bu gün Milli Məclisin plenar iclasında Ali Məhkəmənin hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə. qərar layihəsində səlahiyyət müddəti 25 aprel 2016-cı ildə bitən Qürbət Əsgərov, Vəfaddin İbayev və Zakir Quliyevin yenidən Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif olunur.
Ə. Hüseynli qeyd edib ki, bu hakimlərin təyinatı müddətsiz xarakter daşıyır.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB