Ekspert: “Minsk qrupu adlı bivec qurumun fəaliyyətinə ehtiyac qalmayacaq” AÇIQLAMA

Ekspert: “Minsk qrupu adlı bivec qurumun fəaliyyətinə ehtiyac qalmayacaq” AÇIQLAMA

"Bədnam qonşularımızın qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qanun layihəsinin guya Ermənistan parlamenti tərəfindən gündəliyə salınması məsələsi əvvəldən populist və heç bir perspektivi olmayan, uğursuzluğa düçar olan bir addım idi. Sadəcə bu bir daha adı müstəqil olan, əslində isə kənardakı "ağalarının" göstərişlərilə idarə olunan dövlətin nə qədər rəzil bir durumda olmasının bariz nümunəsidir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, bu addım həm ermənilərin qorxaq və müstəqil qərar qəbul etmək iqtidarında olmadığını bütün dünyaya sübut etdi: "Ermənilərin özləri də gözəl anlayırlar ki, belə bir yanlış addımın atılması faktiki çətin durumda olan rəsmi İrəvanın hazırkı rəhbərliyin sonunu yaxınlaşdıracaqdı. İndiyə kimi ATƏT-in Minsk qrupu deyilən bir bivec qurumun da fəaliyyətinə ehtiyac qalmayacaqdı. Bir tərəfdən də bizim üçün müstəqil şəkildə öz əzəli ərazilərimiz olan Qarabağla bağlı heç kimin rəyini soruşmadan ölkə qanunları çərçivəsində lazım olan addımları atmağa şərait yaradacaqdı. Onsuz Azərbaycan yaxın vaxtlarda bu məsələ ilə bağlı vəziyyətin nəhayət ki, birdəfəlik dəyişməsinin tərəfdarıdır və aprelin əvvəllərində ermənilərin təxribatlarının qarşısı alınarkən Silahlı Qüvvələrimiz bu niyyətin çox ciddi olmasını bütün dünyaya sübut etdi.

Fikrimcə, indiyə kimi Ermənistana açıq və ya gizli havadarlıq edən qüvvələrin də çox ciddi narahatçılığı və təpkisi erməniləri belə absurd və onlar üçün faciə ilə müşayət oluna biləcək hadisələrin geri addım atmasına səbəb oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə