“DQR”in tanınması haqqında layihə Moskva ilə müzakirə edilməyib” RƏSMİ
"Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin atəşkəsin pozulmasına səbəb olacaq addımlardan çəkinəcəyinə ümid edir". SİA-nın "Ria-novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov deyib.
"Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsinin Moskva ilə müzakirə olunması sualını cavablandıran Peskov bildirib ki, sözügedən layihə Moskva ilə müzakirə olunmayıb: "Biz bu məsələ ilə bağlı qəbul edilən qərarları diqqətlə izləyirik. Biz hər zaman olduğu kimi, tərəflərin atəşkəs rejiminə kövrək davranacağına, Dağlıq Qarabağda gərginliyin artmasına dair addım atmayacağına ümid edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB