"Vətənini, xalqını sevən rəhbəri olan ölkə heç vaxt uduzmur. Çünki, bu sevgi, məhəbbət qarşılıqlıdır. Xalqımız hər zaman ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı işgaldan azad etməyə hazırdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycan ordusunda böyük qələbə inamı, yüksək ruh yüksəkliyi var: "Son vaxtlar cəbhədə qazandığımız uğurlar da bunu deməyə əsas verir. Zamanında orduya göstərilən diqqət və qayğı bu gün öz bəhrəsini verməkdədir. Aprel ayında düşmənin təxribatlarına verilmiş 3 günlük cavablardan sonra düşmənin hiyləgərcəsinə atəşkəs elan etməsi də buna bir misaldır. Amma ordumuzun atəşkəs rejiminə əməl etməsinə baxmayaraq 27-28 aprel tarixində düşmənin yenidən təxribat törətmək cəhti baş tutmadı. Ordumuzunun qabağında dayana bilmədiyini görən düşmənin budəfəki hədəfi mülkü əhali oldu ki, bunun da cavabı ordumuz tərəfindən çox gecikmədi".
Azər Badamov onu da qeyd edib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birlikdə cəbhəyanı rayonlara səfəri də orduya, o cümlədən xalqa yeni bir ruh yüksəkliyi bəxş etdi: "Bu səfər həm də düşmənə ağır zərbə endirmiş oldu. Hərbi hissələrdə hərbiçilərlə görüşərək onların şəraiti ilə maraqlanan və təmmas xəttində yaşayan əhali ilə görüşərək onlara bütün məsələlərdə dövlətin dayaq durduğunu deyən Prezident İlham Əliyev bir daha xalqla bir yerdə, çiyin-çiyinə olduğunu göstərdi. Dövlət başçılarının cəbhə bölgəsində təmas xəttinə səfərləri dünya tarixində çox nadir hallarda baş verir. Belə səfəri ancaq iradəli və xalqını sevən prezdent edir. Bütün bunlardan sonra bir daha əminliklə söyləyə bilərik ki, qələbəmiz uzaqda deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB