Razi Nurullayev: “Dağlıq Qarabağ münaqişəsindən siyasi məqsədlər üçün istifadə etmək xəyanətkarlıqdır"

"Dağlıq Qarabağ münaqişəsindən siyasi məqsədlər üçün istifadə etmək, divident qazanmaq xəyanətkarlıqdır və torpaq satmağa bərabərdir". Bunu AXCP-nin sədri Razi Nurullayev hökumətə təklif etdikləri "Vahid Qərar Şurası"nın ictimai müzakirəsi zamanı deyib.

O qeyd edib ki, siyasi mövqeyindən asılı olmayaraq, Dağlıq Qarabağ məsələsinə birmənalı yanaşma ilə hər kəs hakimiyyətə dəstək olmalıdır: "Biz bəzən hakimiyyəti, parlamenti, nazirləri tənqid edirik. Ancaq Dağlıq Qarabağ məsələsi, hərbi ilə bağlı heç bir tənqid ola bilməz. Cəbhədə baş verən son hadisələrdən sonra Azərbaycan xalqı çox böyük birlik və həmrəylik göstərdi. Bu birlik danışıqlar zamanı dövlət başçısının mövqeyini daha da möhkəmləndirəcək. Bu səbəbdən də "Vahid Qərar Şurası"nın yaradılması haqqında təkliflər vermişik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...