BMT SA-nın Dostları Qrupunun yüksək səviyyəli iclası keçirilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumunun "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" mövzusu çərçivəsində BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası keçirilir.

SİA-nın məlumatına görə, iclasda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun, İspaniyanın xarici işlər naziri Jose Manuel Garcia Margallonun, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMT SA-nın 7-ci Qlobal Forumunun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin, Malta Respublikasının Prezidentinin Marie Louise Coleiro Precanın, Qazaxıstan Parlamenti Senatının sədrinin Kassym-Jomart Tokayevin, Belarus Respublikasının Nazirlər Kabinetinin sədrinin Mikhail Myasnikovichin və s. çıxışları dinləniləcək.

Sonra panel bölmə iclasları ilə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə