BMT-nin rəsmisi: "Etnik müxtəlif mədəniyyətləri anlamağın artıq vaxtı çatıb"

BMT-nin rəsmisi: "Etnik müxtəlif mədəniyyətləri anlamağın artıq vaxtı çatıb"

"Bizim dünyamız artıq ən pis qaçqın böhranı ilə üzləşib. Xeyli sayda qadınlar, uşaqlar xarici ölkələrə üz tuturlar". SİA-nın məlumatına görə, bunu bu gün BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nassir Abdulaziz al-Nasser deyib.

Onun sözlərinı görə, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də BMT özəl sektora böyük dəstək göstərir: "Özəl sektorun töhfəsi problemləri aradan qaldırmağa kömək edə bilər. Burada inklüziv, dini məsələlərin rolu danılmazdır. Etnik müxtəlif mədəniyyətləri anlamağın artıq vaxtı çatıb. Biz rolumuzu tam məsuliyyəti ilə ciddiliyini dərk edirik. Bu gün toplaşdığımız tədbir status-kvoya qarşı çıxmağımıza imkan verir. Ümid bəsləyirik ki, bu simpoziumda önəmli qərarlar veriləcək"

Bütün xəbərlər Facebook səhifəmizdə