Lavrovun "əliboş" Ermənistan səfəri Ekspert ŞƏRHİ

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana əlidolu getsə də, əliboş qayıtdı". Bunu SİA-ya politoloq Qabil Hüseynli Rusiya XİN başçısının Ermənistana səfərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya bu dəfə də Ermənistanı kompramisə gətirə bilməyib: "Əgər belə olsaydı, Lavrov Ermənistandan Bakıya gəlməli idi. Lakin o, Moskvaya qayıtmalı oldu. Buradan belə çıxır ki, Ermənistan yenə də qarşıdurma xəttini seçdi. Ermənilərin bu mövqeyinə məğlubiyyətdən sonra özlərinə gəlmələrini, insanların nəfəs almasını və guya sülh danışıqları üçün müəyyən şəraitin yaradılmasını əsas gətirirlər. Rusiya ermənilərlə 5 rayonun qaytarılması ilə bağlı danışıqlar aparmağa cəhd edir. Lakin onlar bizim torpaqlarımızı qaytarmaq istəmirlər. Bir sözlə gəmidə oturub gəmiçi ilə dava edirlər. Ermənilər çox saxtakar millətdir. Onlarla qonşu olmaq belə bir bəladır".

Hazırda ermənilərin Dağlıq Qarabağa güc yığmaqla məşğul olduğunu dilə gətirən Q. Hüseynli söyləyib ki, onlar xüsusilə də Sərsəng su anbarının ətrafına müxtəlif qüvvələr yığmaqla Madagiz kəndində Azərbaycan ordusu tərəfindən dağıdılan yerləşən hərbi qərargahlarını yenidən bərpa etməyi xəyal edirlər: "Ermənilər düşünür ki, Azərbaycan ordusunun qaytardığı torpaqları yenidən zəbt edə bilərlər. Lakin bu mümkün deyil. Bildiyiniz kimi Ermənistan tərəfi ötən gün hücum əməliyyatları etsə də, Azərbaycan ordusunun layiqli cavabı nəticəsində yenidən susdu. Ordumuz onların 1 tankını məhv etdi və düşmən tərəf həmin bölgədən qaçmağa məcbur oldu".

Politoloqun fikrincə, Ermənistan Azərbaycan torpaqlarından çıxmaq istəməməsinə səbəb vaxtilə işğalçı dövlətin müəyyən qüvvələr tərəfindən qanad altına alınmasıdır: "BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var və bu sənədlərə görə, Ermənistan təcavüzkar adlandırılmalı, onlara iqtisadi və digər sanksiyalar tətbiq edilməli idi. Lakin bunların heç biri edilmədi və əksinə düşmən ölkə qanad altına alındı. Bütün bunların nəticəsidir ki, hazırda düşmən ölkə Azərbaycan torpaqlarından çıxmaq istəmir. Lakin Azərbaycan ordusu öz torpaqlarını hər an geri almaq iqtidarındadır. Əgər məsələ danışıqlar yolu ilə həll edilməsə, ordumuz həmin torpaqları ermənilərin əlindən alacaq".

Hazırda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsinin Rusiyaya bağlı olduğunu dilə gətirən Q. Hüseynli xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin şəxsən öz bu işlə məşğul olacağını açıqlayıb: "Bütün bunlara baxmayaraq, Ermənistanın münaqişənin həllində hər hansı addım atacağı hiss edilmir. Görünür Ermənistan müharibə variantını seçir".

Ermənistanın Rusiyanın əmrinə tabe olmamasına gəlincə isə politoloq əlavə edib ki, bunun üçün Ermənistan güclü iqtisadiyyata malik olmalıdır: "Rusların qarşısında silah və pul dilənçiliyi edən Ermənistan bunu edə bilməz. Hər kəsə məlumdur ki, Rusiya Ermənistana silahı pulsuz verir. Bu da təxminən 4 milyard dollara yaxın pul edir. Bundan başqa Rusiya Ermənistana qazı və nefti aşağı qiymətə satır. Əgər Rusiya bunlardan imtina edərsə, Ermənistanda xaos yarana bilər. Ermənistan müstəqilliyini itirmiş və Rusiyanın quberniyasına çevrilmiş bir ölkədir. Bu baxımdan Ermənistanın Rusiyanın əmrinə tabe olmaması mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...