Elçin Mirzəbəyli: “Nemət Pənahlı həkimə müracət etməlidir” AÇIQLAMA

"Ümumiyyətlə Nemət Pənahlı müxalifətçi deyil. O insan özü də kim olduğunu bilmir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli Nemət Pənahlı, İqbal Ağazadə və digərlərinin AXCP sədri Əli Kərimliyə olan sevgilərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nemət Pənahlı hələ də 1989-cu ilin ab-havasından ayıla bilməyib: "Hətta onun sosial şəbəkədə paylaşdığı bir şeri belə oxuyan zaman əmin oldum ki, Nemət Pənahlının ciddi psixoloji problemləri var. Bu insanda bir növ mania yaranıb. O özünü Azərbaycan Milli Azadlıq İstiqlal mübarizəsinin əvəzolunmaz lideri hesab edir. Bu mənada o düşünür ki, yenidən Milli Azadlıq Hərəkatı həyata keçirməlidir. Amma dərk etmir ki, Azərbaycan müstəqil dövlətdir, reallıqlar, dünya dəyişir və ölkəmizdə çoxpartiyalı sistem var. Artıq normal düşünməyi bacaran, siyasi prosesləri dərk edən siyasətçilər formalaşıb. Beləcə onlar emosiyalarla deyil, ağılla hərəkət edirlər. Bu baxımdan da düşünürəm ki, onun ciddi psixoloji problemləri var. O tez bir zamanda həkimə müracət etməlidir".

İqbal Ağazadəyə gəlincə isə E.Mirzəbəyli əlavə edib ki, bu insanın heç bir zaman mövqeyi olmayıb: "O yalnız öz maraqlarından mütəmadi olaraq çıxış edib. Maraqları təmin olunanda o həmişə Azərbaycanın yeni maraqlarının yanında olub, amma maraqları təmin olunmayanda isə tamam əks istiqamətdə dayanıb. Hətta bir zamanlar Əli Kərimliyə qarşı ən sərt ittihamları səsləndirənlərdən biri də İqbal Ağazadə olub. Onun əks mövqedən çıxış etməyi görünür parlament seçkilərində uğur qazanmaması ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...