Ermənistan rəhbərliyi itkilərini gizlətməkdə davam edir 16 əsgər haradadır?
Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin hüquq müdafiəçiləri təşkilat adından Ermənistan rəhbərliyinə bəyanat ünvanlayıb. Hüquq müdafiəçiləri apardıqları araşdırmalardan sonra son hərbi əməliyyatlar zamanı aprelin 2-də itkin düşən və hələ də barələrində xəbər olmayan Ermənistan ordusunun 16 əsgəri barədə məlumat verilməsini tələb edib. SİA xəbər verir ki, bu barədə assambleyanın Vanadzor ofisinin saytında xüsusi məlumat yer alıb. Assambleyanın Ermənistan şöbəsindən bildirilir ki, onlar əməliyyatlar zamanı itkin düşmüş 16 hərbiçi haqqında məlumat toplayırlar. Əldə edilən məlumatlar əsgərlərin ailələrindən, sosial şəbəkələrdən, KİV-lərdən, eləcə də rəsmi mənbələrdən götürülüb. Həmin məlumatlar toplandıqdan sonra Ermənistanın müdafiə nazirliyinə sorğu göndərilib. Hüquq müdafiəçiləri Ermənistan rəhbərliyindən tələb edirlər ki, hakimiyyət itkin düşmüş erməni hərbi qulluqçuları barədə dəqiq araşdırmalar aparıb, real faktları ailələrinə çatdırmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB