Meydan TV-dən və “Azadlıq”dan Milli Orduya XƏYANƏT!

Yaralı əsgərlərimiz öldürülmüş kimi təqdim olunur

Tarixə "dördgünlü müharibə" kimi keçən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Dağlıq Qarabağdakı son hərbi əməliyyatlar zamanı bir sıra müxalifətyönlü KİV-lər erməni dəyirmanına su tökməklə məşğul olublar. SİA xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən saytlardan biri məlumat yayıb. Sayt əməkdaşları araşdırma apararaq müəyyən ediblər ki, hərbi əməliyyatlar zamanı yaralanmış əsgərlərimiz öldürülmüşlər siyahısına əlavə edilib. Bu işdə daha çox canfəşanlıq göstərən KİV-lər isə Emin Millinin Almaniyada rəhbəri olduğu Meydan TV və AXCP sədri Əli Kərilminin nəzarəti altında fəaliyyət göstərən "Azadlıq" qəzeti, eləcə də saytıdır.

Ermənilər sosial şəbəkələrdə azərbaycanlı seqmentləri ilə dezinormasiya yayırlar

Bəlli olub ki, hərbi əməliyyatların ilk günündən başlayaraq, Meydan TV adlı yalan maşınının əməkdaşı Həbib Müntəzir Azərbaycan Ordusunun canlı itkiləri istiqamətində öz siyahılarını təqdim ediblər. Nəticədə yalançı siyahı ilə Müdafiə Nazirliyinin yaydığı rəsmi siyahı arasında böyük fərq yaranıb. Hətta xəyanətkar TV-nin siyahısı rəsmi siyahını üç dəfə üstələyib. Guya hərbçilərimizin 81 nəfərinin öldürüldüyünü iddia edən xəyanətkar Meydan TV mülki şəxslərdən 6 nəfərinin öldürüldüyünü qeyd edib. Maraqlıdır ki, adıçəkilən KİV qurumunun həmin siyahısını "Azadlıq" saytı da yazıb. Linki ilə buradan tanış ola bilərsiniz -http://www.azadliq.info/129019.html .

Maraqlıdır ki, Emin Milli kimi xəyanətkar kimi ölkədən qaçmış Həbib Müntəzir etiraf edib ki, onlar həmin siyahıları sosial şəbəkələrdən əldə edirlər. Bu baxımdan, ermənilərin sosial şəbəkələrdə azərbaycanlıların seqmentlərində fəallıqlarını nəzərə aldığımız zaman kifayət qədər ehtimal etmək mümkündür ki, Meydan TV-nin siyahılarını ermənilər ötürüb.

Siyasi ambisiyalara görə dövlətə və xalqa xəyanət!

Bunu sübut edən məqamlar da var. Belə ki, həftənin son günlərində sosial şəbəkələrin diqqətli olan istifadəçiləri tərəfindən bir neçə erməni yuzerləri müəyyən edilib. Onlar məhz azərbaycanlı adları altında dezinormasiyalar yaymaqla məşğuldurlar. Ona görə də xəyanətkar və satqın KİV-lərin təqdim etdikləri siyahıları heç vaxt ciddi qəbul edilməməlidir.

Əgər oxucu Meydan TV-nin təqdim etdiyi qondarma siyahısına diqqətlə nəzər salarsa, həmin siyahıda 43-cü yerdə adı və soyadı yer almış Azərbaycan Ordusunun hərbi qulluqçusu Aydın Naqit oğlu Həsənov şəhid kimi göstərilib. Meydan TV-nin məlumatına görə, o, Salyan rayonunun Qaraqaşlı kəndinin sakinidir və Tərtər istiqamətində gedən döyüşlərdə həlak olub.

Aparılan araşşdırmalardan isə bəlli llub ki, ydın Həsənov heç də həyatını itirməyib və hazırda döşülər zamanı əlindən aldığı güllə yarasından hospitalda müalicədədir, özünü yaxşı hidd edir. Bu məlumatı kənd bələdiyyəsinin sədri Telman Ağabəyov da təsdiq edib. O, bugünlərdə hərbi qulluqçunun valideyinləri ilə görüşüb.

Bu, hələ Meydan TV-nin və "Azadlıq"ın xəyanəti istiqamətində müəyyən edilmiş bir faktıdır. Təsəvvürə gətirsək ki, belə yalan məlumatları öz övladlarını görə bilməmiş valideynlər internetdən oxuyurlar. Bu zaman belə bir qənaətə gəlmək olar – siyasi ambisiyaları üçün vətəndaşların heysiyyatı ilə oynamaq həm dövlətə, həm də xalqa edilmiş böyük xəyanətdir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...