Sumqayıtda daha bir şəhid dəfn olunub

Ötən gün Sumqayıt şəhərində şəhid Bayramov Şulan Bayram oğlunun dəfn mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Qeyd edək ki, Şulan Bayramov 1996-cı ildə doğulub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta ümumtəhsil məktəbini bitirib. Silahlı Qüvvələrimizdə hərbi xidmətini başa vuran gəncin ordudan tərxis olunmasına bir neçə gün qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...