Erməni əsgərləri döyüşməkdən imtina edir

Ermənistan mətbuatının verdiyi məlumata görə, erməni tərəfi iki gün ərzində 300-ə yaxın itki verib. SİA xəbər verir ki, ölənlər arasında zabitlər, kiçik və yüksək rütbəli hərbçilər də var. Erməni tərəfi onlarla hərbi texnika (avtomobil, ağır zirehli texnika, artilleriya qurğuları) itirib. Qeyri-rəsmi məlumata görə, düşmən tərəfinin 50-dək hərbi texnikası məhv edilib.

Erməni mətbuatında yazılanlara görə hazırda əhali panika və təşviş içindədir, insanlar kütləvi surətdə evlərini tərk edərək, Ermənistan ərazisində daha təhlükəsiz yerlərə köçməyə cəhd edirlər. Onların hərbi əməliyyatlar keçirilən ərazilərdən çıxmasına hər vasitə ilə maneçilik törədildiyi və bunun üçün xüsusi postların quraşdırıldığı da qeyd edilib.

Həmçinin, erməni əsgərləri müxtəlif bəhanələrlə döyüşməkdən imtina edir.

Bütün xəbərlər Facebook səhifəmizdə