İran parlamenti Qarabağ məsələsini müzakirə edib

İranın xaric işlər naziri Məhəmməd Cavad Zərif azərbaycanlı və ermənistanlı həmkarları ilə Qarabağda münaqişəni dayandırmaq məsələsini müzakirə edəcək. SİA xəbər verir ki, bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü İbrahim Ağaməhəmmədi deyib.

O bildirib ki, bu gün parlamentin üzvü olduğu komissiya Qarabağ məsələsini müzakirəyə çıxarıb: "Bugünkü iclasda Xarici İşlər Nazirliyinin eksperti iştirak etdi və Azərbaycanla Ermənistan arasında Qarabağ bölgəsində baş verən qarşıdurma haqqında danışdı".

İ.Ağaməhəmmədi qeyd edib ki, İran İslam Respublikasının mövqeyi münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsidir: "İran çalışır ki, qarşıdurma davam etməsin və atəşkəs olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...