"Hər gün Ermənistan tərəfi cəbhə boyu atəşkəsi pozur, dinc əhaliyə atəş açırdı. Bununla bağlı mətbuat orqanlarında rəsmi şəkildə məlumatlar da yayılırdı. Bəs nəyə görə, beynəxalq təşkilatlar, ölkələr səslərini çıxardıb demirdilər ki, niyə dinc əhaliyə atəş açırsınız? Amma indi həmin ölkələr və təşkilatlar cəbhədə baş verənlərə görə bir-birinə qarışıb və Azərbaycanı bu məsələdə təmkinli olmağa çağırırlar". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aqil Abbas deyib.
O bildirib ki, artıq bütün dünya Azərbaycan ordusunun gücünü gördü: "Hazırda Ermənistan ordusu geri qaçır, Azərbaycan ordusu isə dayanmadan irəliləyir. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinə sərf etmir. Azərbaycan ordusunun öz torpaqlarını düşməndən azad etməsi, dünyanı dilxor edir. Görünür onlar ordumuzun bu qədər qüvvətli olmasından xəbərdar deyildilər".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olaraq tez-tez səngərlərdə və hərbi hissələrdə olduğunu dilə gətirən A. Abbas söyləyib ki, Azərbaycan çox güclü orduya malikdir: "Ordumuzun İrəvana qədər getməyə gücü və qüdrəti çatar. Cəmiyyətimizdə, eləcə də əsgərlərimizdə böyük ruh yüksəkliyi var. Əvvəllər bizim üçün çətin idi. Çünki ölkəmiz döyüş sursatlarını xarici ölkələrdən alırdı. Lakin sonradan ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi yaradıldı və hazırda Azərbaycan özünü təmin edə biləcək silah-sursat buraxır, hətta istehsal etdiyimiz silahları xaricə satmağa başlamışıq. Azərbaycan pilotsuz təyyarələr istehsal edir. Artıq bizim bu məsələdə heç kimə ehtiyacımız yoxdur".
Ermənistanın cəbhədə baş verənlərlə bağlı yalan informasiyalar yayması ilə bağlı fikirlərini bildirən milət vəkili qeyd edib ki, müharibə vəziyyətində hər zaman yalan informasiyalar olur: "Ermənilərin bu cür addımlara əl atması da gözlənilən idi. Onlar hətta öz meyitlərinin şəkillərini çəkib saytlarda, sosial şəbəkələrdə bizim şəhidlərimiz kimi təqdim edirlər. Çox təəssüf ki, bəzi telekanallar Azərbaycan əleyhinə məlumatlar yaymağa başlayıblar. Azərbaycan dilindən edilən tərcümələri belə yalan verirlər. Belə halların daha çox rusiya mətbuatında yer almasına səbəb orada ermənilər çoxluq təşkil etməsidir. Bundan başqa hər kəsə məlumdur ki, Rusiya hər zaman Ermənistanın arxasında dayanıb. Çünki, Ermənistan Rusiyanın forpostudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB