Ərdoğan ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid etdi

"Əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə biləcək addımlar atsaydı, problemin həlli bu günədək uzanmazdı". SİA Türkiyənin "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu sözləri qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

Türkiyə Prezidenti bildirib ki, illərdir işğal altında qalan Dağlıq Qarabağdakı bu münaqişə Minsk qrupunun fəaliyyətsizliyi səbəbindən bugünkü vəziyyətlə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə