Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti müzakirə edilib FOTOLAR

Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti müzakirə edilib FOTOLAR

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ticarət naziri xanım Penni Pritzker ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə son vaxtlar ölkəmizdə gedən iqtisadi proseslər, işsizliyin aradan qaldırılması və qarşısının alınması ilə bağlı görülən tədbirlər, iqtisadiyyatın daha da inkişafı baxımından gömrük və vergi sahələrində aparılan islahatlar, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olundu, "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə