S.Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib FOTOLAR

S.Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib FOTOLAR

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Rəssamlar İttifaqının kollektivi ilə incəsənət həftəsi çərçivəsində Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib. SİA-nın məlumatına görə, Rəssamlar İttifaqının üzvləri xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi - rəssam Ziyadxan Əliyev və Adil Şıxəliyev xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığından və yaratdığı əsərlərdən danışıblar.

Hərbi Liseydə rəsm ilə məşğul olan kursantlara rəsm ləvazimatları və Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş kitablar hədiyyə edilib.
Sonda qonaqlar kursantların çəkdikləri rəsmlərə tamaşa edib və onlarla xatirə fotosu çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə