Millət vəkili Akademiyada məruzə ilə çıxış edib

Millət vəkili Akademiyada məruzə ilə çıxış edib

2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb. SİA-nın məlumatına görə, plana uyğun olaraq Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli Hərbi Akademiyada şəxsi heyətlə görüşüb.

O, "Sosial siyasət və onun milli gücə təsiri" mövzusunda mühazirə ilə çıxış edərək aparılan diskusiyada iştirak edib və dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə