Millət vəkili: "Əfv sərəncamı bir çox ailələrə sevinc bəxş etdi"

Millət vəkili: "Əfv sərəncamı bir çox ailələrə sevinc bəxş etdi"

"Azərbaycan Prezidenti Novruz bayramı ərəfəsində Əfv sərəncamı imzalamaqla bir çox ailələrə sevinc bəxş etdi". Bunu SİA-ya millət vəkili Kamilə Əliyeva deyib. O bildirib ki, hər il olduğu kimi bu ildə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam humanist addım kimi qiymətləndirilir: "Ölkə başçısı Əfv sərəncamı imzalamaqla məhbuslara böyük hədiyyə bəxş etmiş oldu. İnsanlar demək olar ki, hər bayram ərəfəsində bu humanist addımı gözləyirlər. Həmin məhbusların və ailələrinin nə dərəcədə sevinc hissləri keçirdiyini təsəvvür belə etmək olmaz. Məhbusların bir hissəsi bayramda öz ailələrinə, yaxınlarına qovuşmuş olacaqlar. Bilirsiniz ki, məhbus yolu gözləyən yüzlərlə körpə və yaşlı analarımız var. Onların bir hissəsi bu gün sevinmiş oldu. Prezident İlham Əliyev sərəncamı ilə həmin insanların bayramına bayram qatmış oldu".

Millət vəkili qeyd edib ki, sərəncama əsasən bir sıra tanınmış məhbusların azad olunması müsbət haldır: "Bu bir daha onu göstərdi ki, Azərbaycan Prezidenti məhbusların arasında fərq qoymur. Bu, Azərbaycan Prezidentinin humanistliyini nümayiş etdirdi".

Qeyd edək ki, Azərbaycan Prezideni İlham Əliyev martın 17-də əfv sərəncamı imzalayıb. Sərəncama əsasən 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə