İlkin tibbi yardımın göstərilməsi üzrə seminar keçirilir FOTOLAR

İlkin tibbi yardımın göstərilməsi üzrə seminar keçirilir FOTOLAR

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən Azərbaycanda hərbi tibb imkanlarının təkmilləşdirilməsi və həkiməqədər ilkin tibbi yardımın göstərilməsi mövzularında seminar öz işinə başlayıb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, seminar müddətində təlimçilər NATO-nun müxtəlif əməliyyatları zamanı, o cümlədən sülhməramlı əməliyyatlarda qazanılmış və digər təcrübələrə əsasən, hərbi qulluqçularla əməliyyatların keçirilmə rayonuna açılmamışdan əvvəlki və geri qayıtdıqdan sonrakı dövrlərdə aparılan işlər, yoluxucu xəstəliklərin immunoprofilaktikası və izlənilməsi, çöl-səhra şəraitində sanitar-gigiyena tədbirləri və digər mövzularda məlumatlar təqdim olunacaq və müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə