Akif Nağı: “Status-kvo olduğu kimi qalacaq” AÇIQLAMA

Akif Nağı: “Status-kvo olduğu kimi qalacaq” AÇIQLAMA

"Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya son səfəri rəsmi İrəvan adında dövlətin olmadığını, Ermənistanın hər hansı bir müstəqil rəhbərinin olmadığını bir daha göstərdi". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Rusiya istənilən vaxt dövlətlərarası münasibətlərə əməl etmədən Ermənistan prezidenti rəsmi Moskvaya çağırıb o da qaça-qaça ora gedib: "Bu görüş açıq görüş oldu. Mətbuatda gedən məlumatlara görə bu görüş guya təbii qazın qiymətinin aşağı salınması ilə bağlı oldu. Amma burada digər məsələlər də müzakirə olundu. Hətta Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri belə bir açıqlama ilə çıxış etdi ki, biz Azərbaycanın və Ermənistanın əvəzinə Dağlıq Qarabağ münaqişəsini həll edə bilmərik. Bunu tərəflər özləri həll etməlidir və s. Hesab edirəm ki, bu, Rusiyanın mövqeyini əks etdirən açıqlamadır. Əslində Rusiya münaqişənin saxlanmasının tərəfdarı olduğunu göstərdi. Görüşdən belə nəticəyə gəlmək olar ki, status-kvo olduğu kimi qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə