Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "İnterAaction Council", Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal Bakı Forumu başlayıb. SİA-nın məlumatına görə, Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. Tədbiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb. Forumda Prezident İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Albaniya prezidenti Bujar Nişani, Gürcüstan prezidenti Georgi Marqvelaşvili çıxış edəcək, Böyük Britaniyanın baş naziri David Kameron, Kanadanın baş naziri Justin Trudeaunın mesajları oxunacaq. Eyni zamanda YUNESKO baş katbi İrina Bokova və Latviyannın sabiq prezidenti Vayra Vike-Freiberqa çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB