Hikmət Hacıyev suriyalı qaçqınlar məsələsinə aydınlıq gətirdi MÜNASİBƏT

Hikmət Hacıyev suriyalı qaçqınlar məsələsinə aydınlıq gətirdi MÜNASİBƏT

Suriyadan olan erməni əsilli qaçqınların işğal olunmuş ərazilərdə yerləşdirilməsi məsələsinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev aydınlıq gətirib.

Onun sözlərinə görə, Ermənistan rəsmilərinin də etiraf etdiyi kimi Suriyadan 15-20.000 civarında erməni əsilli qaçqın Ermənistan ərazisində yerləşdirilib: "Onların içərisindən isə yüzlərlə ailənin işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılması haqqında məlumatlar var. XİN tərəfindən bu gün təqdim olunan "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı hesabatda da bu məqamlar öz əksini tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə