"Azərbaycan dövləti hər zaman ön və arxa cəbhədə xidmət edən əsgərləri mükafatlandırıb". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu gün hərbi qulluqçuların həm əməkhaqları yüksəkdir, həm də onlar bir-iki dəfə məzuniyyətə gedirlər: "Onsuzda hərbi hissə komandirinin imkanı var ki, xidmətdə fərqlənən əsgərlərə bir dəfədən artıq məzuniyyət versin.Təbii ki, bu da ən çox ön xəttdə xidmətdə fərqlənən əsgərlərə verilir. Hesab edirəm ki, ön və arxa cəbhədə xidmət edən əsgərlərə bir yox, iki dəfə məzuniyyət verilməsi çox ədalətli və maraqlı bir yanaşmadır. Bu, hərbiçilərin stimulunu artıracaq. Onlar çox ağır şəraitdə qulluq edirlər. Dövlətimiz, cəmiyyətimiz isə bu çətinlikləri qiymətləndirir. Hesab edirəm ki, ön və arxa cəbhədə xidmət edən əsgərlərə bir yox, iki dəfə məzuniyyət verilməsi təklifi qəbul olunsa çox yaxşı olardı. Hesab edirəm ki, hərbi qulluqçuların həyat vəziyyətinin, sosial şəraitinin, istirahətinin təkmilləşdirilməsi istiqamətində daima addımlar atılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB