"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və Müsavatın müxalifətin əsas güc mərkəzi kimi özünü təqdim etməsi yalnız və yalnız xarici və beynəlxalq təşkilatların maraqlarına hesablanıb. Onlar özlərini bu formada təqdim etməklə çalışırlar ki, xaricdən qrant və yaxud hansısa maddi təminat alsınlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavinin sözlərinə görə, qalan hallarda Azərbaycanda yaşayan bütün insanlar, seçicilər də bilir ki, nə seçkidə, nə də digər proseslərdə onlar real heç bir qüvvəyə malik deyillər: "Hətta Azərbaycanda onların hər hansı bir real müxalifət olması belə qəbul olunmur. Əgər biz son seçkiləri götürsək şahidi olarıq ki, Müsavat heç 300 nəfər seçici toplaya bilmədi. AXCP isə ümumiyyətlə seçkilərdə iştirak etmədi. Çünki bilirdilər ki, heç kəs onlara səs verməyəcək. Siyasi partiya hər seçkidə iştirak edir, orada yer tutur, qələbə qazanır, müxtəlif proqramlar, layihələr təqdim edir. Onlarda isə bunların heç biri yoxdur əksinə Azərbaycan xalqına, dövlətinə müxalifətçilik etməkdir. Təbii ki, bu da sırf xaricdən verilən göstərişlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB