Mütəllim Rəhimli: “Azərbaycanı nüfuzdan salmağa çalışırlar” AÇIQLAMA
"Ümumiyyətlə xarici ölkələrə gedənlərin adətən müxtəlif məqsədləri olur. Bir qrup öz savadını inkişaf etdirmək üçün, digər qrup isə Azərbaycan dövləti təmsil etmək məqsədilə xaricə üz tutur. İctimai birliklərin nümayəndələri isə təbii ki, qarşılarına qoyduğu missiyanı həyata keçirmək üçün xarici ölkələrdə səfərlərdə olurlar". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Leyla və Arif Yunusların xaricə səfər etməkdə maraqlı olduqlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əslində ictimai birlik nümayəndələri və rəhbərləri xaricdə səfərdə olarkən Azərbaycanın milli maraqlarından çıxış etməlidirlər: "Yəni buna vətəndaş cəmiyyəti institutları hökumətin deyə bilməyəcəyi, lakin xalqın içərisindən gələn bir çox məsələləri qabartmalıdırlar. Beləcə dünya ictimai institutlarına Azərbaycanın haqlı tərəflərini çatdırmağı danışmalıdırlar. Zənn edirəm ki, beynəlxalq təşkilatların nümayəndələrinin xaricə səfərləri yalnız bununla bağlı ola bilər".
M.Rəhimli əlavə edib ki, amma çox təəssüf ki, bəzən elə hallara rast gəlirik ki, ictimai təşkilatın nümayəndələri xaricə səfərlərində Azərbaycanı nüfuzdan salmağa çalışırlar: "Bunu bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən bu hərəkətləri edirlər. Onlar hesab edirlər ki, beynəlxalq aləmdə hansısa problemlərin qabardılması, bu problemlərin xaricdən dəstək almağa səbəb ola bilər. Lakin bu belə deyil. Biz indiyədək heç bir halda rast gəlməmişik ki, beynəlxalq qurumlar ölkəmizdə problemlərin həllinə çalışsınlar. Əksinə onlar qabardılan məsələlərdən danışaraq Azərbaycan hökumətinə təzyiqlər edirlər. Təbii ki, bununla da öz maraqlarını reallaşdırmağa çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB