Ekspert: “Konkret təşəbbüskarın adı çəkilməli və göstərilməlidir” AÇIQLAMA

Ekspert: “Konkret təşəbbüskarın adı çəkilməli və göstərilməlidir” AÇIQLAMA

"ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin 2016-cı ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üçün o qədər də səmərəli olmayacağı ilə bağlı söylədikləri sülh prosesinin özünə o qədər də konstruktiv bir yanaşma deyil". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun ümumi təyinatı tərəfləri sülh, barışıq, konstruktiv yolla münaqişənin həllinə gətirib çıxarmır: "Belə bir bəyanatın verilməsi daha çox regionda, ölkədə qarşıdurmanın, gərginliyin artırılmasına zəmin ola bilər. Ona görə də mən belə bir bəyanatı alqışlamıram. Digər tərəfdən obyektivlik nəzərə alınmalıdır. Amma təəssüf ki, biz bunu görmürük. Əgər fikir versək görərik ki, Ermənistan-Azərbaycan təmas xəttində bütün silahlı toqquşmaların başlıca səbəbkarı işğalçı ölkədir. Bəs nəyə görə ATƏT sədri bu məsələni ümumiləşdirir? Burada konkret təşəbbüskarın adı çəkilməlidir və göstərilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə