Sahib Alıyev: “Ermənistan işğala son qoymalıdır” MÜNASİBƏT

Sahib Alıyev: “Ermənistan işğala son qoymalıdır” MÜNASİBƏT

"ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin "The Huffington Post" qəzetində dərc etdirdiyi "ATƏT Avropanın təhlükəsizliyi üçün niyə əvəzedilməzdir?" başlıqlı məqaləsində Dağlıq Qarabağ probleminə geniş yer ayırması alqışlanmalıdır". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev özünün "facebook" səhifəsində deyib.

Deputatın sözlərinə görə, onun "atəşkəs rejiminin pozulmasını təsbit edən mexanizmin yaradılması"nı problemin həlli yönündə ən mühüm addım kimi dəyərləndirməsi, vasitəçidən çox, erməni havadarları təsiri bağışlayan Minsk qrupu turistlərinin son zamanlar oxuduqları bayatının təkrarıdır: "Təəssüf ki, son zamanlaradək Dağlıq Qarabağ məsələsinə yanaşmada nisbətən obyektiv mövqe tutan Almaniya da artıq "xristian klubu"nun digər üzvləri kimi davranır. Həm Minsk qrupu turistləri, həm də hazırda ATƏT-in fəaliyyətdə olan sədri atəşkəs rejiminin pozulmasının qarşısını almağa yox, rejimin özünün aradan qaldırılmasına çalışmalıdırlar. Onun yolu isə budur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edərək işğala son qoymalıdır. İşğal olmayandan sonra nə atəşkəs rejimi olar, nə də onun pozulmamamsı üçün kimlərinsə baş sındırmasına ehtiyac qalar. İşğal faktını görməzlikdən gələrək atəşkəs rejiminin pozulmamasından dəm vurulması bilirsiniz nəyə bənzəyir? Göydəki buluda əhəmiyyət verməyib, yağışa son qoymaq haqda edilən boşboğazlığa...".

Bütün xəbərlər Facebook səhifəmizdə