Yusif Babanlı: “Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində aktiv iştirakı ilə seçilir”
"Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gənclərə xüsusi diqqət yetirilməyə başlandı. Bu gün də həmin diqqət və qayğınının Ulu Öndər yolunun layiqli davamçısı, ölkə başçımız Cənab İlham Əliyev tərəfindən göstərildiyinin şahidi oluruq". SİA xəbər verir ki, bu fikirləri YAP Nərimanov rayon Gənclər Birliyinin sədri, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Yusif Babanlı deyib.
O bildirib ki, bir neçə gün əvvəl gənclərin bir qrupu ilə görüşən Cənab Prezident onları fəal olmağa, ölkənin ictimai-siyasi həyatında daha da yaxından iştirak etməyə çağırdı: "Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan dövləti öz gənclərinə bundan sonra da dəstək olacaq. Gənclər olaraq biz də Azərbaycanı uğurdan-uğura aparan, uzaqgörən və məqsədyönlü siyasət yürüdən Cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik".
Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində aktiv iştirakları ilə seçilir: "Bu fəallıq daha da artmalıdır. Çünki ölkəmiz daha da inkişaf etdikcə uğurlarımızı gözü götürməyən qüvvələr fəallaşır. Həmin qüvvələr həm ölkənin daxilində, həm də xaricində Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar. Belə qüvvələrə qarşı Azərbaycan gəncliyi səfərbər olaraq qəti şəkildə etirazını bildirməlidir. Həmişə ölkə başçısımızın ətrafında möhkəm olub dövlətimizin müstəqilliyini qorumalı, onu daha da inkişaf etdirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB