Arzu Nağıyev: "Müharibə ocaqları çoxdur, amma bu, III dünya müharibəsi deyil"
"Dağlıq Qarabağ ərazisində gedən prosesləri nə qədər də münaqişə adlandırsaq, burada da müharibə gedir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev hazırda dünyanın bir çox yerində gedən müharibə proseslərini şərh edərkən deyib.
O bildirib ki, hazırda dünyanın bir çox yerində müharibələr aparılır, lakin bunlara "III Dünya Müharibəsi" adı vermək düzgün deyil: "I və II Dünya Müharibələri hər hansı iki dövlət arasında başlanan müharibələr idi. Bu gün dünyanın bir çox yerində müharibə gedən isti ocaqlar var. Lakin bu müharibələr heç də iki dövlətin biri-birinə müharibə elan etməsi ilə başlamayıb.
Hazırda Ərəb dünyasında baş verən hadisələrə bütün dövlətlər, istər NATO, istərsə də koalisiya yaratmış Rusiya, İran, İraq və bir sıra başqa dövlətlər müdaxilə edir və orada həqiqi müharibələr aparırlar.
Dağlıq Qarabağ ərazisində gedən prosesləri nə qədər də münaqişə adlandırsaq, əslində burada da müharibə gedir. Bütün bu müharibələrin hamısı bir yerdə dünya müharibəsi olmasa da, dünyada müharibələrin getməsinə bir təsdiqdir. İstər Avstraliyada baş verən terror aktları ilə bağlı yaranan münaqişələr, istər Afrika, Amerika qitəsində, Ərəb dövlətlərində, Rusiyanın Suriyada anti-terror adı ilə apardığı müharibələr və müsəlmançılığın təhlükə hesab edilməsi özü də iki müxtəlif quruluşlar arasında gedən müharibədir".
Arzu Nağıyev qeyd edib ki, bu gün dünyada elə bir qitə yoxdur ki, orada müharibə ilə bağlı narahatlıq olmasın: "Amerika Birləşmiş Ştatlarının ərazisində müharibə getmir lakin onun daxili qoşunları həm Əfqanıstanda, həm də Ərəb dövlətlərində öz missiyasını yerinə yetirir. Rusiya Suriya ilə koalisiya yaradaraq Ərəb dövlətlərinin bombalanması ilə məşğuldur. Türkiyə hazırda PKK-ya qarşı mübarizə aparır. Azərbaycan isə Ermənistan təcavüzünə qarşı mübarizə aparır. Bunların hamısı müharibədir. Lakin bunu III Dünya müharibəsi adlandırmaq doğru olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB