Azər Ayxan: ”Mən Mustafa Hacıbəyli haqqında o ifadəni işlətməmişəm” TƏKZİB

Azər Ayxan: ”Mən Mustafa Hacıbəyli haqqında o ifadəni işlətməmişəm” TƏKZİB

"Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan SİA-nın saytında gedən "Müsavatla "Yeni Müsavat" arasında söz atışması" başlıqlı yazıda "Mustafa Hacıbəyli qələt edir…" ifadəsinin ona məxsus olmadığını əsas gətirərək saytda təkzib verilməsi ilə bağlı redaksiyamıza müraciət edib. SİA-nın redaktoru ilə söhbətində A.Ayxan bildirib ki, onun adından bu açıqlamanı yazan xanıma bu barədə heç bir açıqlama verməyib: "Xahiş edirəm ki, mənim adımdan verilən bu açıqlama təkzib olunsun və Mustafa Hacıbəyli ilə bağlı mənim adımdan verilmiş bu məlumat saytdan yığışdırılsın".

A.Ayxan onu da əlavə edib ki, o indiyə qədər Səs İnformasiya Agentliyi ilə münasibətlərindən heç vaxt narazı qalmayıb: "Amma bu hadisədən çox təəssüfləndim. İnanıram ki, SİA-nın rəhbərliyi mənim bu etirazımı anlayışla qəbul edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə