“Dağlıq Qarabağda terror təşkilatlarının düşərgələri fəaliyyət göstərir” AÇIQLAMA
"Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağ 25 ildir Ermənistan tərəfindən işğal edilib. Qondarma siyasi qurum yaradılıb. Bu qondarma rejimi nə Ermənistan özü, nə də beynəlxalq aləm tanıyıb. Bölgədə ciddi siyasi və təhlükəsizlik boşluğu yaranıb". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.
Onun sözlərinə görə, Ermənistan işğal altında olan bölgələrdə narkotik maddələrin əkilməsi, emal edilməsi və qonşu dövlətlərdən gələn narkotik maddələrin bu bölgədən tranzit keçməsinə göz yumur: "Əlbəttə bu göz yummanın qarşılığı və Ermənistanın siyasi rəhbərliyinin burada maliyyə maraqları vardır. Burada emal edilən və tranzit keçən narkotik maddələrdən gələn gəlir, Ermənistanın siyasi rəhbərliyinin çirkli pullarının yuyulması baxımından asandır, heç bir ofşor zonaya müraciət etmədən, heç bir bank əməliyyatı keçirmədən çirkli pulları yumağa imkan var".
H.Cabbarlı bildirib ki, bölgədə eyni zamanda terror təşkilatlarının düşərgələri fəaliyyət göstərir: "ASALA, PKK terror təşkilatlarının üzvləri Ermənistan rəhbərliyinin razılığı ilə burda düşərgələr qurur və təlim keçirlər. PKK, ASALA və digər terror təşkilatlarının burada təlim keçmələri Ermənistan dövlətinin bu terror təşkilatları ilə əməkdaşlıq etdiyini, lazım olanda onların "xidmətlərindən" istifadə etdiyini və yaxud edəcəyini göstərir. Bəzi mənbələr PKK terror təşkilatına Ermənistanın maliyyə yardımı etdiyini, xəstə və yaralı terroristlərin Ermənistanda müalicə edildiyini bildirir".
O əlavə edib ki, son 30 ildir dünya beynəlxalq terrorizmlə mübarizə aparsa da, Ermənistanın terror təşkilatları ilə əməkdaşlığını, onlara təlim üçün şərait yaratdığını, Əl-Qaidə terror təşkilatının üzvlərinin Ermənistan pasportu ilə ABŞ-a getdiklərini görməzdən gəlirlər: "ABŞ və Avropa dövlətləri bunu bilsələr də, Ermənistana qarşı heç bir tədbir görmür əksinə onların buna səssiz qalmaları Ermənistanın bölgə və beynəlxalq təhlükəsizliyi pozmasına imkan verirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB