Sevinc Fətəliyeva: “Dünyada gedən proseslərin ciddi müzakirəyə ehtiyacı var” AÇIQLAMA

Sevinc Fətəliyeva: “Dünyada gedən proseslərin ciddi müzakirəyə ehtiyacı var” AÇIQLAMA

"BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə yeddinci Qlobal Forumunun Bakıda keçirilməsi bir neçə nöqteyi nəzərdən önəmlidir". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bu il keçiriləcək olan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun ölkəmizə həvalə olunmasının əhəmiyyəti barədə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünyada gedən proseslərin ciddi müzakirəyə ehtiyacı var: "Yaranmış çətin vəziyyətdən çıxış yolların tapılması bu gün bütün dünyanı narahat edir. Bu müzakirələrin tolerantlıq adası olan, terrorçuluq, ekstremizm və radikalizmə qarşı çıxış edən Azərbaycanda aparılması ölkəmizin ciddi tərəfdaş kimi qəbul olunmasını, Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalar arası dialoqa, dünyada sülhün bərqərar olmasına töhfə verməsini göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə