Mətbuat süni qiymət artımı yaradanları ifşa edəcək RƏYLƏR

“Prezident İlham Əliyevin şəffaflıq və ictimai nəzarətin təmin olunması ilə bağlı çağırışlarına kütləvi informasiya vasitələri daha fəal cavab verməyə borcludur”
Mətbuat süni qiymət artımı yaradanları ifşa edəcək RƏYLƏR

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında süni qiymət artımı ilə bağlı həyata keçirilən tədbirlərin mətbuatda işıqlandırılmasının vacibliyini qeyd etdi. Təbi ki, bu KİV-lərin üzərinə düşən məsuliyyətin bir əqdərdə artırılması deməkdir. Bəs, mətbuat bu sahədə üzərinə düşən vəzifələri ümummilli maraqlara uyğun işıqlandıra, cəmiyyətə dolğun, ədalətli məlumatlar catdıra biləcəkmi? Söhbət etdiyimiz baş redaktorlar SİA-ya açıqlamalarında hər zaman olduğu kimi bu dəfə də, mətbuatın ictimai mənfelərə əsaslanan mövqe nümayiş etdirəcəyini və süni qiymət artımına yol verən işbazların ifşa olunması istiqamətində geniş məqalələr dərc edəcəklərini bildirdilər.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Hazırki, mərhələdə süni qiymət artımına münasibətdə fərqli yanaşmalar nəzərə çarpır. Təbii ki, burada obyektv, qərəzli işıqlandırılmalar da var. Bu stuasiyadan istifadə etməyə çalışan azsaylı mətbuat orqanları da var. Ümumiyyətlə, media bütövlükdə bu prosesdə ictimai nəzarətin təmin olunması üçün əlindən gələni etməyə çalışır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında şəffaflığın və ictimai nəzarətin təmin olunması ilə bağlı çağırışlarına kütləvi informasiya vasitələri daha fəal cavab verməyə borcludur. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyətmizi gücləndirməliyik.

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:

- Süni qiymət artımı məsələsində mətbuatın öndə getməsini ilk olarq biz münasibət bildirmişik. Yəni qiymətlərin süni şəkildə artırılması ilə bağlı həm köşə yazıları hazırlanıb, həm də araşdırımaçı qəzet jurnalistlərimiz marketlərdə, mağazalarda, apteklərdə olaraq reportajlar hazırlayıb. Təbii ki, bu da azdır. Prezident İlham Əliyevin tapşırığına əsasən mətbuat məhz bu istiqamətdə fəaliyyətini genişləndirməlidir. Hesab edirəm ki, hər bir qəzet, hər bir sayt Prezident İlham Əliyevin etdiyi tövsiyəni yerinə yetirərək süni qiymət artırılmasının qarşısının alması üçün fəal iştirak etməlidir. Amma ümumən götürəndə hələlik, mətbuatın bu istiqamətdə fəaliyyətini qənaətbəxş hesab etmirəm.

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:

- Azərbaycan öz tarixinin yeni bir mərhələsinə qədəm qoyub. Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması yeni iqtisadi mühit formalaşdırıb. Neft gəlirlərinin azalması ümumilikdə ölkənin gəlirlərini azaldıb. Nəticədə devalvasiya qaçılmaz olub. 2015-ci ildə il ərzində yaşanan iki devolvasiya, bu ilin əvvəlində yaşanan dollar ajiotajı bəzilərinin əlinə spekulyasiyalar üçün yaxşı imkanlar verib. Bu sıraya qiymətlərini kütləvi şəkildə qaldıran bəzi yerli istehsalçılar da aiddir. İndi biz bunu süni qiymət artımı adlandırırıq. Əgər bir şey sünidirsə, onun uzunmüddətli davam etməsi mümkün deyil. Qiymətləri ümumilikdə bazar tənzimləməlidir. Amma əgər bazar mexanizmləri işləmirsə, vətəndaşlar zərər çəkirsə, spekulyasiyalara cəhdlər edilirsə, dövlət prosesə müdaxilə etməlidir. Media da cəmiyyətin güzgüsü kimi bu işdə aparıcı rolu oynamalıdır. Media dedikdə təkcə qəzetləri və xəbər portallarını nəzərdə tutmaq lazım deyil. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda ictimai rəyin formalaşmasında sosial medianın xüsusi rolu vardır. Bu baxımdan son günlər yaşanan proseslərdə mətbuatın öz üzərinə düşən işin öhdəsindən gəldiyi qənaətindəyəm. Süni qiymət artımı, bəzilərinin yaranmış durumdan sui-istifadə cəhdləri barədə məlumatlrı məhz mətbuat günəmə gətirir. Cənab Prezidentin müşavirədəki çağırışından sonra medianın bu işə daha böyük yer ayırdığını də qeyd etmək istərdim. Elə bir durum yaranıb ki, bazarda baş verən heç bir hadisə, qiymət artımı medianın diqqətindən kənarda qalmır.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə