"AŞPA Ermənistana münasibətdə konkret mexanizmlər işə salmalıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili. politoloq Elman Nəsirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sərsəng su anbarı haqda qəbul etdiyi qətnaməni şərh edərkən deyib.
O bildirib ki, AŞPA-nın bu məsələ ilə bağlı nümayiş etdirdiyi mövqeni tam obyektiv qəbul etmək olar: "AŞPA-nın səsləndirdiyi məruzədə Sərsəng su anbarı ilə bağlı qəti mövqe ortaya qoyulmuşdu. Ən əsası isə burada Ermənistanın işğalçılıq siyasəti ifşa edilir və düşmən qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması məsələsi də ortaya qoyulub".
Siyasətçinin sözlərinə görə, belə sənədlər beynəlxalq təşkilatlar tərəfindən tez-tez qəbul edilir, lakin həmin sənədlərin işlək mexanizminin olmaması onların həyata keçməsinə mane yaradır: "BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Lakin onların heç biri həyata keçməyib. Bu sənədlərin həyata keçməsi üçün işlək mexanizmlər olmalıdır. Lakin onlar bir halda var, digər halda yoxdur. AŞPA Ermənistana münasibətdə konkret mexanizmlər işə salmalıdır. Həmin mexanizm Rusiyaya qarşı Krım böhranı zamanı tətbiq edildi. Lakin bu münasibət Ermənistana qarşı tətbiq olunmur. Bu da Sarkisyan və Sarkisyan rejimində arxayınçılıq yaradır. Bu münaqişənin həlli imkanlarına mane olur.
Sərsəng su anbarı ilə bağlı qəbul olunmuş sənədlər müsbət olsa da bunun qəbulu ilə bağlı mexanizm işə salmaq istəmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB