Krım Ukraynaya birləşəcək Açıqlama

Krım Ukraynaya birləşəcək Açıqlama

"Krım gec-tez Ukraynaya birləşəcək". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Krımın yenidən Ukraynanın tərkibinə qatılmaqla bağlı prezident Paraşenkoya müraciət etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq Krım əhalisi Ukraynanın tərkibində ikən daha yaxşı yaşadığını dərk edib və indi buna görə yenidən Ukraynaya meyl etməyə başlayır: "Krım Ukraynadan ayrılıb Rusiyaya birləşdirilərkən bəziləri düşünürdü ki, Rusiya onların hər bir problemini həll edəcək. Təbii ki, bu əslində siyasi bir qərar idi. Lakin sonra hər şey gözlənildiyi kimi cərəyan etməməyə başladı. Krım bir müddət əvvəl elektrik enerjisindən məhrum oldu, Rusiya isə bu problemin öhdəsindən gələ bilmədi. Artıq Krım əhalisi anlayır ki, onlar Ukraynanın tərkibində də pis yaşamırdı. Təbii ki, burada müəyyən problemlər var idi, lakin bu problemləri Ukrayna özü də yaşayırdı. Hazırda Krımda əhalinin pensiyalarının ödənməsində, iş yerlərinin açıqlamasında, turizm imkanlarının genişlənməsində bir qədər problemlər var. Buna görə də, Ukrayna əhalisi artıq Ukrayna ərazində bu qədər problem yaşanmadığını qavrayır".

Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu vurğulayan ekspert bildirib ki, Krım gec-tez Ukraynaya birləşəcək: "Artıq onlar Ukrayna prezidenti Pyotr Poroşenkaya müraciət edərək referendum keçirilməsini istəyiblər. Bu elə bir prosesdir ki, onun qarşısını almaq qeyri-mümkündür. Krım Ukraynanın ayrılmaz bir hissəsidir və onun yaşadığı çətinliklər Ukraynanın tərkibində ikən bu qədər deyildi. Krım nəyin bahasına olursa olsun, Ukraynanın tərkibinə qayıdacaq. Lakin Rusiya buna maksimum şəkildə mane olacaq. Hətta buna təşəbbüs edən şəxsləri cəzalandırmağa çalışacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə