Dövlət başçısı Argentinanın yeni seçilmiş prezidentini təbrik edib
Azərbaycan dövlət başçısı İlham Əliyev Argentina Respublikasının yeni seçilmiş prezidenti Maurisio Makriyə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: "Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Argentina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB