Dövlət Komitəsi Nardarandakı məscidlərin fəaliiyəti barədə AÇIQLAMA VERDİ

Dövlət Komitəsi Nardarandakı məscidlərin fəaliiyəti barədə AÇIQLAMA VERDİ

"Nardaran qəsəbəsindəki məscidlər qeydiyyatdan keçməyiblər. Onlar qeydiyyatdan keçməli, məscidlər ətrafında dini icmalar yaradılmalı və həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidirlər". SİA xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, həmin məscidlər qeydiyyata alınandan sonra oraya Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyinatı ilə axundlar göndərilməlidir: "Bundan sonra həmin məscidlərdə dini mərasim və ayinlərin keçirilməsi tam qanunauyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı təşəbbüslərimizə adekvat cavablar verilməyib".

M.Qurbanlı bildirib ki, Nardaranda dini ziyarətgah var: "Həmin ziyarətgaha dövlətin diqqəti həmişə olub və bundan sonra da olacaq. Kimlərsə Nardaranda din adından sui-istifadə hallarına yol verir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, qəsəbədə məktəblərin olmasına baxmayaraq, uşaqlarını təhsildən yayındıran valideynlər var. Belə hallara yol vermək olmaz. Çünki təhsildən yayınma ümumi icbari təhsilin olması haqqında qanunvericiliyə ziddir".

Bütün xəbərlər Facebook səhifəmizdə