Əflatun Amaşov: "Populyar olmayan bəzi saytlar yoxlanılmamış informasiyalar yayırlar"
"Son zamanlar Milli Təhlükəsizlik Nazirliyində (MTN), Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) baş verən hadisələrlə bağlı kütləvi informasiya vasitələri üzərinə düşən missiyanı yerinə yetirə bildi. Amma təəssüflə qeyd etmək lazımdır ki, bəzi KİV-lər dəqiqləşdirilməmiş informasiyalar yayırdılar". SİA-nın məlumatına görə, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış" mövzusunda keçirilən tədbirdə səsləndiriib.
Əflatun Amaşov qeyd edib ki, baş verən olaylarla bağlı KİV-də yayılan xəbərlərdə diqqəti cəlb edən bir sıra hallar var: "Bəzi hallarda heç də populyar olmayan saytlar aktiv olmağa başlayırlar və yoxlanılmamış informasiyalar yayırlar. Təəssüf ki, bəzi KİV-lər həmin saytlara istinadən informasiya yayırlar. Bu hal Mətbuat Şurasının daha çox narahat edir".
Ə. Amaşov bildirib ki, bəzən KİV-lər arasında informasiyanı kim daha tez və rezonans yaradan şəkildə verər kimi mübarizə yaranır: "Bəzi məqamlarda KİV-lər ajiotaj yaradırlar. Doğrudur, bəzi hallarda bu bilməyərəkdən olur. Bu, başa düşüləndir. Amma bəzən qəsdən edilir. Bəzən hadisələr baş verir və KİV-də müzakirələr açılır. Təəssüf ki, bir neçə gündən sonra haqqında yazılan qurumun mətbuat xidməti təkzib verməyə məcbur qalır. Ona görə də informasiyanı yayan zaman dəqiqliyinə diqqət yetirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB