“Radikal-ekstremist qüvvələr xarici tapşırıqları yerinə yetirir” Aytən Mustafayeva
"Heç şübhəsiz ki, din pərdəsi altında fəaliyyət göstərən bir qrup radikal-ekstremist qüvvələr xaricdən qidalanırlar. Beləcə onlar xaricdən gələn tapşırıqları da yerinə yetirmiş olurlar. Bu qüvvələrin əsas niyyəti məhz buna hesablanıb". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva bir qrup radikal-ekstremist ruhlu şəxslərin din pərdəsi altında iğtişaş yaratmaq cəhdinə münasibət bildirərkən söyləyib.
Millət vəkilinin sözlərinə görə, onlar həmişə sakit otururlar və bir neçə vaxtdan sonra ayağa qalxaraq nəyəsə etiraz etməyə başlayırlar: "Bu məsələlər xaricdən çox qabarıq şəkildə görünür. Radikal-ekstremist qüvvələr çalışırlar ki, Azərbaycanda bir çaşqınlıq yaratsınlar və ictimai həyatı sarsıtsınlar. Bu yaxınlarda cənab Prezident İlham Əliyev də Azərbaycanın bölgələrinə səfəri zamanı öz nitqində söyləmişdi ki, "Azərbaycanda sabitlik xaricdə olan bizi istəməyən qüvvələri, ölkələri narahat edir və onları razı salmır". Eləcə də ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın da Azərbaycana qarşı dediklərinə cavab olaraq bu kimi fikirlər səslənmişdi. Ölkə başçısı İlham Əliyev həmin zamanda demişdi ki, "Azərbaycandakı sabitlik bir çox ölkələri narahat edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB