Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov 19.11.2015-ci il tarixdə saat 10:00-da Sumqayıt şəhər idarəsinin inzibati binasında Abşeron, Qudablı və Sumqayıt (şəhər) rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. SHXÇDX-dən SİA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların 18.11.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon (şəhər) idarə, şöbə və bölməsinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə