Politoloq: “Ermənistan tarixi saxtalaşdırmağa cəhd edir” AÇIQLAMA
"Ermənistan tərəfi tək indi deyil, 25 ilə yaxındır ki, işğal etdiyi Azərbaycan əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonlarda məscidləri və dini abidələri məhv edərək kilsələr inşa edir". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, bütün bu kimi amillər təbii ki, istər dünya dini təşkilatlar tərəfindən, istərsə də beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yanlış addım kimi qəbul edilir: "Azərbaycan tərəfinin bununla bağlı dəfələrlə aidiyyatı təşkilatlara müraciət etməsinə baxmayaraq, digər müraciətlərimizə olan "münasibət" kimi, bu müraciətimizdə də elə münasibətlə qarşılaşırıq. Hesab edirəm ki, xristian dünyası və dini liderləri də bu kimi neqativ hallara öz etirazını bildirməli və Ermənistan tərəfinə ciddi nəticə doğuracaq addım atmalıdır. Ermənistanın addımını adi bir addım kimi deyil, məqsədli şəkildə atılan addım kimi qəbul etmək lazımdır. Bu addımla hər dəfə etdikləri kimi, gələcəkdə də tarixi saxtalaşdırmağa cəhd edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB