Milli Məclisin növbəti plenar iclası keçirilir. SİA-nın məlumatına görə, dünənki plenar iclasda başlayan "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə paketinə daxil olan digər qanun layihələrinin müzakirəsi bu gün də davam etdirilir. Gündəlikdə 7 məsələ yer alıb. Bunlar "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin təsdiqi, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası və Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetasıdır.
Qeyd edək ki, iclasda bir çox hökumət nümayəndələri də iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB