"Ermənistanın "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan özü Azərbaycanda olarkən dəfələrlə bildirib ki, ailəsinə qarşı Ermənistanda təzyiqlər var. Ermənistanın xüsusi xidmət orqanları birmənalı şəkildə ona qarşı bir qisas kampaniyası aparır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı V. Martirosyanın anasının Ermənistanda qəzaya düşməsinə münasibət bildirərkən deyib.
QAT sədrinin sözlərinə görə, rəsmi İrəvanda Vaan Martirosyanın ailəsi ilə birgə Azərbaycana sığınmasını heç cür qəbul edə bilmirlər: "Bu gün Ermənistan diktatura, anti-demokratik rejim kimi öz simalarını nümayiş etdirir. Əvvəlcə Vaan Martirosyanın özünə qarşı təzyiqlər var idi, indi də bu hal onun ailəsinə qarşı baş verir. Bu, heç nə ilə müqayisə olunmayan bir haldır. Ona görə də hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələlərə xüsusi diqqət yetirməlidirlər".
Qeyd edək ki, Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalifyönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə bu ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB