Deputat: "V çağırış Milli Məclis ölkəmizin nüfuzunu daha da qaldırmağa çalışacaq" AÇIQLAMA
"Yeni Azərbaycan Partiyası ötən gün qarşıdan gələn Parlament seçkiləri ilə bağlı özünün 117 dairə üzrə namizədlər siyahısını açıqladı. Cəmiyyət bu siyahını çoxdan gözləyirdi. Bu siyahı göstərdi ki, YAP cəmiyyət qarşısında olan məsuliyyətinə böyük intizamla yanaşır". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərimə görə, siyahıda həm parlamentdə artıq özünü doğrultmuş, partiya xəttini bütün sferalarda müdafiə edən Azərbaycan üçün daim çalışan insanlar, həm də çoxsaylı gənclər var: "Siyahının 25 nəfəri yəni, 20 faizi qadınlardır. Onlar ziyalılar və öz sahələrində tanınan insanlardır. Bu ilk növbədə, YAP-ın sədri, cənab İlham Əliyevin apardığı siyasi kursun nəticələridir. Bu gün Azərbaycan Prezidentinin ölkədə böyük nüfuzu var. Azərbaycan öz siyasi göstəriciləri üzrə nəticələrini yeniləyir və daha yüksək nəticələrə çatır. Bu gün Azərbaycan vətəndaşı dövlətində özünün inam yerini görür".
A. Mirzəzadə əlavə edib ki, YAP Ümummilli Lider Heydər Əliyevin adı ətrafında yaranan və bu gün böyük siyasətçi, dünyada tanınan dövlət xadimi cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın problemlərinin həll olunması istiqamətində işlər görür: "YAP-ın yeni parlamentdəki namizədlərinin sayının çox olacağı gözləniləndir. V çağırış Milli Məclis ötən çağırışlardan irəli gələn məsuliyyətlə bundan sonra problemlərin həllinə çalışacaq və vətəndaşın daha yaxşı, təhlükəsiz yaşamasına öz töhfəsini verəcək. Eləcə də beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da qaldırmağa çalışacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB