Siyasi şərhçi: “Belə bir qərarın qəbulu özbaşınalıqdır” AÇIQLAMA
"Ümumiyyətlə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda hər bir siyasi tədbir öncəsi belə bir addımlar atırlar. Biz dəfələrlə bunun şahidi olmuşuq". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli DTİHB-nin noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, sözügedən qurumun müşahidə missiyasını Azərbaycan göndərməkdən imtina etməsi isə ATƏT-in bilavasitə missiyasına uyğun deyil: "Ümumiyyətlə həmin büronun funksiyası bir hadisəni müşahidə etdikdən sonra prosesə konkret rəy verməkdən ibarətdir. Prosesdən imtina etmək bütövlükdə ATƏT-in prinsiplərinə uyğun deyil. Bu təşkilat təhlükəsizlik və əməkdaşlıq üçün nəzərdə tutulmuş bir təşkilatdır. Qərarın qəbul edilməsi yalnız o halda mümkün olardı ki, kollegial formada hər hansı bir məsələ müzakirəyə çıxarılsın. İndiki vəziyyətdə belə bir qərarın qəbulu bütövlükdə özbaşınalıqdır və ATƏT-in mandatına uyğun deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB