Əli Həsənov: "Avropa Parlamenti korrupsiyaya bulaşmış qurumdur"
Bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Milli Məclis üzvlərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının, MKSİF-in rəhbərliyinin və Komitə əməkdaşlarının iştirakı ilə tədbir keçirilir. SİA-nın məlumatına görə, iştirakçılar Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz ediblər.
Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, QMKİDK-nın sədri Əli Həsənov deyib ki, çox təəssüf ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli, aqressiv qətnamə dərc edib: "Təbii ki, biz də buna biganə qala bilməzdik. Avropa Parlamenti 1979-cu ildə seçki yolu ilə formalaşdırılıb. Avropa Birliyinə 3 qurum daxildir ki, bunlardan da biri Avropa Parlamentidir. Biz AP-nin, Qərbin bizə münasibətinin dəyişməsini görürük. Azərbaycanın inkişafı bəzi dövlətlərin böyük qısqanclığına səbəb olub. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən sonra da bu qərəzin artacağını görürdük. Avropa Parlamenti korrupsiyaya bulaşmış bir qurumdur".
Daha sonra Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin üzvləri Elman Məmmədov, Bəxtiyar Əliyev, Şuşa rayonundan məcburi köçkün Elçin Əhmədov, Kəlbəcər rayonundan məcburi köçkün Şəlalə Məmmədova çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB