“Mühacir biznesi ilə məşğul olan müxalif partiya iqtidara gələ bilməz” AÇIQLAMA
"Ekspert Corc Sevil Qalifaksın maraqlı bir ifadəsi var, "əksər insanlar partiyaya avamlıqdan girir, utandıqlarından çıxa bilmir". Bu gün Azərbaycanda fəaliyyət göstərən əksər müxalifət partiyalarında baş verənlər Qalifaksın nə qədər haqlı olduğunu göstərir". Bu fikirləri SİA-ya AXCP Etimad Qurultayı təşkilat komitəsinin üzvü Ehtiram Mehdiyev ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarının bugünkü fəaliyyətini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, əvvəllər insanlar siyasi partiyalara ideyalarına görə üzv olurdularsa, bu gün şəxsi maraqlarına görə üz tuturlar: "Partiyalardan şəxsi maraqlar naminə istifadə edənlər kifayət qədərdir. Bunun günahı isə partiya liderlərindədir. Partiya heç kəsin nə biznesi nə də mülkü deyil. Hazırda Azərbaycanda bir çox müxalif partiyalar üzvlük vəsiqəsi satmaqla, həbs olunmuş üzvlərin üzərindən qrant yeməklə məşğuldurlar. Mühacir biznesi ilə məşğul olan müxalif partiya heç zaman iqtidara gələ bilməz".
AXCP-də son zamanlar baş verən olaylara da toxunan AXCP-nin keçmiş üzvü bildirib ki, Əli Kərimli partiya vəsiqələrini pulla satmaq və bu kimi bir çox biznes əməllərilə məşğul olur: "Onun bu cür əməllərinin nəticəsidir ki, AXCP parçalanaraq məhvə doğru gedir. AXCP-nin müvəqqəti sədri Əli Kərimli çirkin əməlləri ilə xalqı yalançı vədlərlə aldadaraq öz mənafeyinə xidmət edir. Çirkli əllərlə təmiz işlər görmək mümkün deyil. Ona görə də partiyada qopmalar sürətlənir və qruplaşmalar yaranır. Hazırda AXCP-də qalanlar isə Əli Kərimliyə elə "bağlanıblar" ki, hətta Əli Kərimli bu gün desə Rəsulzadə və Elçibəy satqındır, hamısı bir nəfər kimi buna təsdiqləyəcəklər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB