"İndiki şəraitdə Razi Nurullayevin mövqeyi daha obyektiv və haqlı görünür. Çünki Əli Kərimli uzun müddətdir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) öz girovuna çevirib. Beləcə partiyanın faktiki olaraq bütün rəyasət heyətinin üzvləri partiya sıralarını müəyyən zamanlarda tərk ediblər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Razi Nurullayevlə Əli Kərimli arasındakı konfiliktlərə münasibət bildirərkən deyib.
Sədr müavinin sözlərinə görə, AXCP adlanan bir təşkilat faktiki olaraq artıq uzun müddətdir ki, yoxdur: "Partiya yalnız Əli Kərimlinin idarə etdiyi bir neçə nəfərdən ibarətdir. O ki qaldı bu proseslərin məhkəməyə gedib çıxmasına. Əli Kərimlinin və ətrafında olan bir neçə nəfərin saxta profillər vasitəsilə sosial şəbəkələrdə insanları təhqir etməsi heç kimə sirr deyil. Bundan əlavə, bu adam bütün fəaliyyəti boyu Azərbaycan dövlət maraqlarının əleyhinə çalışıb. Fikrimcə, onun bəd əməllərinə cavab verməsi üçün kifayət qədər fakt var. Yəni bu təkcə Razi Nurullayevlə onun arasında baş verən hadisələrlə bağlı deyil. Hesab edirəm ki, bitmiş bir insan haqqında hər hansı fikir söyləməyi məqbul hesab etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB